Bu gün səhər saatlarında Azərbaycanda Ramazan ayının başa çatması ilə əlaqədar bayram namazları qılınıb.
Ucnoqta.az xəbər verir ki, saat 09:00-da Bakıdakı Təzəpir məscidində qılınan namaza Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə imamlıq edib.
Qeyd edək ki, bu gün Əjdərbəy məscidində isə bayram namazı saat 08:00-da qılınıb.
Bu il Ramazan ayı miladi təqvimlə fevral ayının 19-da tbaşlayıb.
Martın 20-si Azərbaycanda Ramazan bayramı (Fitr bayramı) qeyd olunur.