Təqaüdçü qadının bank kartını talayan şəxs saxlanılıb

16:22 - 19 Mart 2026 - HADİSƏ

Sumqayıt şəhəri ərazisində yaşlı qadın kartındakı pul vəsaitini çıxarmaq üçün tanımadığı bir şəxsdən köməklik istəyib.

Ucnoqta.az xəbər verir ki, həmin şəxs isə yardım etdikdən sonra qadının kartını gizlicə özündə saxlayıb, əvəzində içərisi boş olan özünəməxsus kartı ona verib. Oğurluqla üzləşdiyini anladıqdan sonra zərərçəkən polisə müraciət edib.

Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı A.Əliyev müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin zərərçəkənin kart hesabındakı 218 manatı oğurladığı məlum olub.

Araşdırma aparılır.

Xəbər xətti