İsrail Hərbi Hava Qüvvələri son 24 saat ərzində İranda 200-dən çox hədəfə hücum edərək İrana davamlı hücumlar həyata keçirməyə davam edir.
Ucnoqta.az bildirir ki, bu barədə İMQ-nin sözçü ofisi məlumat verib.
Bəyanata görə, zərbələr İslam Respublikasının qərb və mərkəzi bölgələrini hədəf alıb. Vurulan hədəflər arasında ballistik raketlər və PUA-lar, hava hücumundan müdafiə sistemləri və silah fabrikləri də var.