Sudandan qaynaqlanan pilotsuz təyyarənin hücumu nəticəsində Çadda ən azı 16 nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çadın Alwihda xəbər agentliyi yerli sakinlərə istinadən məlumat yayıb.
Hadisə Çadın Sudanla sərhəddə yerləşən Tine şəhərində baş verib. Pilotsuz təyyarə mədrəsəyə partlayıcı qurğu atıb.