İdxal olunan əkin-səpin materiallarına nəzarət tədbirləri çərçivəsində “Agro Plant” MMC, “Agroma” MMC, “Amogrovv” MMC və fiziki şəxs Eldarov Nahid Xanlar oğlunun Türkiyədən idxal etdiyi şaftalı, nektarin, gilas tingindən Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub.
Ucnoqta.az AQTA-ya istinadla xəbər verir ki, sınaq nəticəsində tinglərdə karantin tətbiq edilən Şarka virusu aşkarlanıb.
Faktla əlaqədar məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib. Sahibkarların müraciəti əsasında 15100 ədəd şaftalı, 3600 ədəd nektarin, 300 ədəd gilas tingi məhv edilib.
Qeyd edək ki, Şarka virusu bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır.