Tramp Pentaqona dərhal nüvə silahı sınaqlarına başlamağı tapşırıb

05:30 - 30 Oktyabr 2025 - DÜNYA

ABŞ Prezidenti Donald Tramp Müdafiə Nazirliyinə dərhal nüvə silahı sınaqlarına başlamağı tapşırdığını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, o, Truth Social-da müvafiq paylaşım edb. 

Trampın sözlərinə görə, ABŞ ən böyük nüvə silahı arsenalına malikdir. Rusiya ikinci, Çin isə xeyli geridə qalaraq üçüncü yerdədir, lakin beş il ərzində buna bərabər olacaq. Digər ölkələrin sınaq proqramlarını nəzərə alaraq, Müdafiə Nazirliyinə nüvə silahlarımızı bərabər əsasda sınaqdan keçirməyə başlamağı tapşırdım. Bu proses dərhal başlayacaq", - deyə Ağ Ev rəhbəri yazıb

Xəbər xətti