Şəki-Zaqatala Regional Təhsil İdarəsi tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində vakant tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır.
Ucnoqta.az xəbər verir ki, müsabiqənin test mərhələsində 40 bal və yuxarı nəticə göstərmiş namizədlər 29 oktyabr 2025-ci il tarixindən 04 noyabr 2025-ci il tarixədək (saat 17:00-dək) aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
Vakant yerlərin siyahısı və qeydiyyat linki: https://ref.az/2abfPC
Qeydiyyat başa çatdıqdan sonra müsahibənin keçiriləcəyi yer və tarix barədə namizədlərə məlumat veriləcək. Müsahibəyə dəvət olunan bütün namizədlər müvafiq keçid balını toplamış olmalıdır.
Müsahibədə uğur qazanmış və ən yüksək test balına malik namizəd vakant yerə təyin olunur. Digər namizədlər isə 1 il müddətinə ehtiyat namizəd siyahısına daxil edilir.
Müsahibəyə dəvət olunan namizəd şəxsiyyət vəsiqəsi və diplomunu təqdim etməlidir. Diplom üzrə ixtisasın müraciət etdiyi vəzifəyə uyğunluğu yoxlanılır; məlumat uyğun gəlmədiyi halda müsahibə keçirilmir.
Məktəbəqədər təhsil müəssisələrində mövcud olan tərbiyəçi-müəllim vəzifəsi üzrə vakant yerlərin siyahısı: https://ref.az/pSq94