Konqresin Büdcə İdarəsinin hesabatına görə, ABŞ iqtisadiyyatı federal hökumətin bağlanması səbəbindən 14 milyard dollara qədər itirəcək.
Ucnoqta.az xəbər verir ki, hesabatda qeyd olunur ki, təxminən 650.000 federal işçi məzuniyyətə göndərilib və daha 600.000 həmkarı maaşsız işləməyə məcburdur.
Agentliyin analitiklərinə görə, artıq beşinci həftəsində olan bağlanma yaxın günlərdə başa çatarsa, itkilər 7 milyard dollar təşkil edəcək.
Federal hökumətin bağlanması altı həftə davam edərsə, təxminən 12 noyabrda başa çatarsa, ÜDM itkiləri 11 milyard dollara çatacaq. Noyabrın sonuna qədər bağlanmanın davam etməsi 14 milyard dollar itkiyə səbəb ola bilər.
Bu arada, ABŞ-ın dördüncü rübdə ÜDM artımı bağlanma müddətindən asılı olaraq 1-2% azala bilər.