Polşa Belarusla daha iki sərhəd keçid məntəqəsi açır

19:11 - 28 Oktyabr 2025 - DÜNYA

Polşa hakimiyyəti noyabr ayında Belarusla daha iki sərhəd keçid məntəqəsi - Bobrovniki və Kuznitsa açmağa hazırdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baş nazir Donald Tusk Belostokda keçirilən Birlik və Sərhədyanı İnkişaf Forumunda bildirib.

Tusk vurğulayıb ki, iki sərhəd keçid məntəqəsinin açılışı son bir neçə həftə ərzində Polşa Daxili İşlər Nazirliyi tərəfindən hazırlanıb və Litva-Belarus sərhədindəki vəziyyətə görə təxirə salınıb.

Polşa hökumətinin başçısı iki sərhəd keçid məntəqəsinin yenidən açılmasının "test əsaslı" olacağını və təhlükəsizlik təhdidləri yaranarsa, yenidən bağlana biləcəyini vurğulayıb.

Tusk həmçinin Kuznitsadakı keçid məntəqəsinin yalnız yüngül nəqliyyat vasitələri üçün açıq olacağını da dəqiqləşdirib.

Xəbər xətti