Kamerunda hökumət əleyhinə etirazlar zamanı ölənlər var

00:23 - 29 Oktyabr 2025 - DÜNYA

Kamerunun Konstitusiya Şurası (KŞ) tərəfindən elan edilən hazırkı prezident Paul Biyanın 28 oktyabr prezident seçkilərində qələbəsinə qarşı etirazlar iğtişaşlar və tələfatlarla müşayiət olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kamerunun Ərazi İdarəetmə Naziri Paul Atanga Ndji Yaoundedə keçirilən mətbuat konfransında məlumat verib.

"Qanunsuz nümayişlər ölümlərə və dövlət və özəl mülklərin dağıdılmasına səbəb olub", - deyə "Agence France-Presse" yazıb.

Nazir etirazlarda ölənlərin sayı barədə məlumat verməyib.

Xəbər xətti