Vinisius emosional reaksiyasına görə üzr istədi

19:59 - 29 Oktyabr 2025 - İDMAN

"Real Madrid"in braziliyalı hücumçusu Vinisius Junior 26 oktyabrda "Barselona" ilə 2-1 hesablı İspaniya çempionatı matçında əvəzləndikdən sonra sosial mediada klubdan və azarkeşlərdən üzr istəyib.

Ucnoqta.az xəbər verir ki, Vinisius 72-ci dəqiqədə Rodriqo ilə əvəzlənib. Açıq-aşkar qəzəbli braziliyalı birbaşa soyunub-geyinmə otağına gedib və matçın sonlarında ehtiyat oyunçular skamyasına qayıdanda Lamine Yamal ilə mübahisə edib. "Marca" DAZN-ə istinadən xəbər verir ki, braziliyalı oyundan sonra klubdan getmək istədiyini deyib.

Vinisius məşq zamanı komanda yoldaşlarından şəxsən üzr istədiyini bildirib.

"Bəzən ehtiraslar üstünlük təşkil edir, çünki mən həmişə qalib gəlmək və komandama kömək etmək istəyirəm", - deyə Vinisius yazıb və hər saniyə "Real Madrid"in xeyrinə çalışacağına söz verib.

Xəbər xətti