Astarada faciə: Gəlin toy gecəsi öldü - FOTO

11:04 - 29 Oktyabr 2025 - ÖLKƏ İÇİ

Astarada dünən toyu olan 17 yaşlı qız ölüb.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, Astara rayon sakini 2008-ci il təvəllüdlü Ə.İ.-nin dünən Deqədi kəndində şadlıq sarayında toyu olub.

Toydan sonra o, özünü pis hiss edib və təcili olaraq Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Ə.İ.-nin hamilə olduğu bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti