HƏMAS cəsədlərin təhvil verilməsindəki gecikmələrə görə İsraili ittiham edir

21:22 - 28 Oktyabr 2025 - DÜNYA

Fələstin HƏMAS hərəkatı Qəzza zolağında öldürülən israillilərin cəsədlərinin təhvil verilməsindəki hər hansı gecikməyə görə İsraili tam məsuliyyətə cəlb edir.

Ucnoqta.az xəbər verir ki, HƏMAS-ın siyasi bürosunun üzvü Suheil əl-Hindi bunu Əl-Cəzirəyə verdiyi müsahibədə bildirib.

"Biz qalıqları qaytarmaq üçün hər cür səy göstərmişik və qalan cəsədlərin təhvil verilməsindəki hər hansı gecikməyə görə işğalçılar tam məsuliyyət daşıyırlar", - deyə o, bildirib.

Xəbər xətti