Saakaşvilinin partiyasının qadağan edilməi tələb edilir

15:41 - 28 Oktyabr 2025 - DÜNYA

Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan partiyası, keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat da daxil olmaqla, üç siyasi partiyanın konstitusiyaya zidd elan edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Parlamentin sədri Şalva Papuaşvili brifinqdə bildirib.

"Biz hesab edirik ki, vətəndaşların siyasi birliyi olan "Birlik – Milli Hərəkat", vətəndaşların siyasi birliyi olan "Dəyişiklik Koalisiyası – Qvaramiya, Meliya, Qirçi, Droa" və vətəndaşların siyasi birliyi olan "Güclü Gürcüstan – Xalq üçün Lelo, Azadlıq üçün" konstitusiyaya zidd elan edilməlidir", - Papuaşvili bildirib.

Xəbər xətti