İrlandiya paytaxtının ətraflarında davam edən etiraz aksiyaları zamanı 3 polis əməkdaşı yaralanıb, 24 nəfər saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Irish Times” məlumat yayıb.
Qəzetin məlumatına görə, həbslər oktyabrın 22-nə keçən gecə Dublində baş verib.Hüquq-mühafizə orqanları iğtişaşların ilk növbədə gənclər arasında olduğunu bildirib.
Qeyd olunur ki, ötən axşam iğtişaşlarda təxminən 500 nəfər iştirak edib və iğtişaşları yatırtmaq üçün 300 polis əməkdaşı cəlb olunub.