Brent markalı neftin bir barelinin qiyməti oktyabrın 10-dan bəri ilk dəfə olaraq 64 dollar həddini keçib.
Ucnoqta.az ticarət məlumatlarına əsasən xəbər verir ki, Brent markalı neftin fyuçerslərinin qiyməti bir barel üçün 64,06 dollar təşkil edib (2,38% artıb).
Həmçinin, WTI markalı xam neftin noyabr fyuçersləri də bahalaşaraq barreli 59,90 dollara çatıb.