Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla danışıqlar aparmaq üçün ABŞ-a səfər edib.
Ucnoqta.az xəbər verir ki. bu barədə Strana.ua məlumat yayıb.
İki dövlət başçısı oktyabrın 17-də görüşəcək.
Bloomberg-in məlumatına görə, Zelenski ABŞ prezidentinə Amerikanın yeni silah tədarükü ilə bağlı vədlərin siyahısını hazırlayıb. Kiyevin ABŞ-a Ukrayna pilotsuz təyyarələri texnologiyası üçün silah ticarəti və enerji təchizatı təklif edəcəyi gözlənilir.
Bu görüşdən əvvəl Tramp Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb.