Məktəblilərin TikTok-a girişi məhdudlaşdırılacaq - Tayvanda

08:43 - 16 Oktyabr 2025 - DÜNYA

Tayvan hakimiyyəti bütün məktəb şagirdlərinin TikTok-a girişini məhdudlaşdırmağı düşünür.

Ucnoqta.az xəbər verir ki, bu barədə adanın Rəqəmsal Authority rəhbəri Lin Yijing məlumat verib.

 Bu tədbirin 2025-ci ilin sonuna kimi qüvvəyə minməsi gözlənilir. Lin Yijing əlavə edib ki, onun agentliyi adanın Təhsil İdarəsi ilə uşaqları TikTok məzmunu ilə bağlı potensial zərərdən qorumaq məsələsini həll etmək üçün əməkdaşlıq edir.

O qeyd edib ki, məktəblərdə şagirdlərin mobil telefonlarının yoxlanılması tələb olunmayacaq. O, həmçinin əlavə edib ki, adada TikTok-a tam qadağa ictimai razılıq tələb edəcək.

Xəbər xətti