ABŞ Cənubi Afrikaya maliyyələşdirməni bərpa edib

18:11 - 16 Oktyabr 2025 - DÜNYA

ABŞ hökuməti Cənubi Afrikanın səkkiz ay əvvəl dayandırılmış HİV-ə qarşı mübarizə proqramının maliyyələşdirilməsini bərpa edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə nazir Kumbudzo Ntshaveni Nazirlər Kabinetinin iclasından sonra Cənubi Afrika Prezidentinin Ofisində məlumat verib.

Ntshaveni əlavə edib ki, Cənubi Afrika hökuməti bu xəstəliyə qarşı mübarizədə göstərdiyi dəstəyə görə ABŞ administrasiyasına minnətdarlığını bildirib.

Fevral ayında Birləşmiş Ştatlar Cənubi Afrikanın HİV proqramlarını PEPFAR (AİDS-ə Yardım üçün Birləşmiş Ştatların Fövqəladə Planı) vasitəsilə maliyyələşdirməyi tamamilə dayandırmışdı.

Xəbər xətti