Zərdabda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

14:52 - 15 Oktyabr 2025 - ÖLKƏ İÇİ

Zərdabda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub.

Ucnoqta.az DİN-in Mətbuat xidmətinin regional qrupuna istinadən xəbər verir ki, Zərdab rayonunun Dəkkəoba kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Araşdırmalarla yanğının kənd sakini F.Rasulov tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində 1 hektar ərazidə quru ot və kol-kos yanıb. Şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Xəbər xətti