ABŞ və rusiya prezidentləri Donald Tramp və Vladimir Putin Ukraynadakı vəziyyəti yüksək səviyyəli müşavirləri səviyyəsində müzakirə etmək barədə razılığa gəliblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Qeyd olunur ki, Tramp Ukraynada nizamlanmanın asanlaşdırılmasına tam sadiq qalır. Həmçinin, Tramp Putinlə söhbətini çox məhsuldar adlandırıb.
Tramp bəyan edib ki, o, Putinlə Ukraynada nizamlanmadan sonra Rusiya ilə ABŞ arasında ticarətin necə olacağı barədə uzun müzakirə aparıblar.
ABŞ prezidenti bəyan edib ki, o, Putinlə yaxın vaxtlarda daha bir təkbətək görüş keçirəcək.