Təbii fəlakətlərdən qlobal sığortalanmış zərərlər ardıcıl altıncı ildir ki, 100 milyard dollar həddini keçib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniyanın Gallagher Re sığorta şirkətinin hesabatında deyilir.
"İlkin hesablamalara görə, 2025-ci ilin ilk doqquz ayı üçün qlobal sığorta itkiləri 105 milyard dollar təşkil edir. Bu, ardıcıl altıncı ildir ki, itkilər 100 milyard dollar həddini keçib", - hesabatda deyilir.
Hesabatda göstərilən statistik məlumatlara görə, 2020-ci ildən 2024-cü ilə qədər olan dövr üçün minimum sığorta ödənişi 132 milyard dollar təşkil edib. Şirkət bu müddət ərzində nisbətən az kataklizmlər olduğunu qeyd etsə də, bu ilin əvvəlindən təbii fəlakətlərdən ümumi iqtisadi itkilər 214 milyard dollar həcmində qiymətləndirilir.
Şirkətin məlumatına görə, 2025-ci ilin ilk doqquz ayında sığortaçılar üçün ən çox baha başa gələn fəlakətlər ABŞ və Avropada fırtınalar, yanvarda Kaliforniya meşə yanğınları və martda Myanma zəlzələsi olub. Sığortaçılar bu hadisələr üçün müvafiq olaraq 49,8 milyard, 40 milyard və 1,7 milyard dollar ödəyiblər.