Xankəndidə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək

17:34 - 15 Oktyabr 2025 - Cəmiyyət

2025-ci il oktyabrın 19-20-də Xankəndidə “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, Forumun rəsmi açılış mərasimi oktyabrın 20-də Xankəndi Konqres Mərkəzində olacaq.  

Forum çərçivəsində “Dünyaya açılmış Azərbaycan QHT-ləri: təklənməyə qarşı birləşmə texnikası”, “WUF13-ə doğru: QHT-lər üçün yeni imkanlar”, ““Rəqəmsal QHT” konsepsiyası: süni intellekt və rəqəmsal həllər”, “Türkman irsi: tarixi köklərə sədaqət” adlı panel müzakirələri təşkil olunacaq. 

Forum bədii hissə ilə başa çatacaq.

Xəbər xətti