İsrailin baş naziri Benyamin Netanyahu Fələstinin radikal HƏMAS hərəkatının üzvlərinin silahlarını sülh yolu ilə təhvil verməyə razılaşacaqlarına ümid edir.
Ucnoqta.az xəbər verir ki, İsrailin baş naziri CBS News telekanalına müsahibəsində deyib.
"İlk növbədə, HƏMAS silahlarını təhvil verməlidir. Ümid edirəm ki, biz bunu sülh yolu ilə edə bilərik. Biz, şübhəsiz ki, buna hazırıq", - baş nazir qeyd edib.
Netanyahu deyib ki, tərksilahdan başqa, Qəzzada silah fabriklərinin olmaması və anklavda silah qaçaqmalçılığının təmin edilməsi lazımdır.