Funikulyor qəzasından sonra Lissabonda matəm elan edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə sentyabrın 4-də SIC Noticias məlumat yayıb.
Qeyd olunur ki, hökumət milli matəm günü, Karlos Moedas isə Lissabonda üç günlük matəm elan edib.
Son məlumatlara görə, qəza nəticəsində 16 nəfər ölüb, 22 nəfər yaralanıb.
Nəşrin məlumatına görə, hazırda texniki xidmət əsaslı şəkildə aparılır.