91 cinayətin üstü açılıb - 52 nəfər saxlanılıb

11:06 - 3 Sentyabr 2025 - Xəbər

Sentyabrın 2-də ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 34 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 129, o cümlədən borclu şəxs qismində axtarışda olan 105 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

Xəbər xətti