Böyük Britaniyanın müdafiə naziri Con Hili növbəti Ramşteyn görüşünə hazırlığı müzakirə etmək üçün elan olunmamış səfərlə Kiyevə gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal öz Telegram kanalında məlumat verib.
"Görüş zamanı biz Londonda baş tutacaq qarşıdan gələn Ramşteyn görüşünün əsas məsələlərini və birgə müdafiə layihələrini əlaqələndirəcəyik. Biz ölkələrimizin müdafiə qabiliyyətini gücləndirəcək mühüm ikitərəfli qərarlar hazırlayırıq", - o yazıb.
Böyük Britaniya hərbi əməliyyatların dayandırılacağı təqdirdə Ukraynaya “istəklilər koalisiyasının” tərkibində qoşun yeridəcəyini istisna etməyən ölkələrdəndir.