Hədə-qorxu ilə pul tələb edən qadın TUTULDU

13:53 - 4 Sentyabr 2025 - Xəbər

Bakının Nəsimi rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı paytaxt sakininə hədə-qorxu gələrək pulunu ələ keçirməkdə şübhəli bilinən 26 yaşlı L.Qəhrəmanova tutulub.

Ucnoqta.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Nərimanov və Binəqədi rayonlarında isə iki nəfərə məxsus ümumilikdə 3500 manat dəyərində moped və mobil telefon oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən B.Hənifəyev və N.Abdullayev saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti