Rusiya prezidenti Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenski hələ danışıqlara hazır deyillər, lakin tezliklə onların qərarlarına təsir edəcək “nəsə baş verməlidir”.
Ucnoqta.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp CBS News telekanalına müsahibəsində deyib.
"Nəsə baş verməlidir, lakin onlar hələ buna hazır deyillər. Amma nəsə baş verməlidir. Biz bunu edəcəyik", - o deyib.
Tramp həmçinin qeyd edib ki, o, Ukrayna münaqişəsinin dayandırmağa çalışdığı bütün münaqişələrdən “ən asanı” olacağına inanır, lakin vəziyyət “daha mürəkkəb” olub. O, həmçinin Ukrayna münaqişəsi ilə bağlı mövqeyini “realist və eyni zamanda nikbin” adlandırıb.