Dubaydan gələn şəxsdə qanunsuz 10 qızıl külçə aşkarlandı

11:29 - 3 Sentyabr 2025 - Xəbər

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində qızıl külçələrin qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn ölkə vətəndaşı şəxsi yoxlamaya cəlb olunub və onun üzərindən gömrük nəzarətindən gizlədilən ümumi çəkisi 712 qram olan 10 ədəd “Pamp” markalı qızıl külçə aşkar edilib.

Xəbər xətti