Almaniyanın şərqində təlim uçuşu zamanı hərbi helikopterin qəzaya uğraması nəticəsində azı iki nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistoriusa istinadən DPA agentliyi məlumat yayıb.
Məlumata görə, bir nəfər itkin düşüb. Sözügedən helikopter Bundesver (Almaniya Silahlı Qüvvələri) tərəfindən idarə olunur.
Hadisə Saksoniya federal əyalətinin Qrimma şəhəri yaxınlığında baş verib. Hadisə şahidlərinin sözlərinə görə, helikopterin qalıqları Mulde çayında tapılıb.
Qəza yerində hərbi təhlükəsizlik zonası yaradılıb. Bundesverin əməkdaşları xilasetmə və təhqiqat işləri aparmaq üçün hadisə yerində olublar.