Burkina Fasoda 50-yə yaxın əsgər öldürülüb

00:16 - 30 İyul 2025 - Xəbər

Burkina-Fasonun şimalında ordu bazasına hücum zamanı silahlı yaraqlılar 50-yə yaxın əsgəri öldürüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə yerli ictimaiyyətin nümayəndələrinə istinadən Associated Press (AP) məlumat yayıb.

Hücum, mövcud məlumata görə, “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəsi olan “Camaat Nüsrət əl-İslam vəl-Müslimin” qruplaşmasının 100-ə yaxın silahlısı tərəfindən həyata keçirilib. AP mənbələrinin məlumatına görə, terrorçular ordu bazasını talan edərək yandırıblar.

Xəbər xətti