Polşa ordusunun şəxsi heyətinin sayı 210 mini keçib

18:28 - 29 İyul 2025 - DÜNYA

Polşa ordusunun şəxsi heyətinin sayı 210 mini ötüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi bildirib.

"Yalnız böyük, təlim keçmiş və yaxşı təchiz olunmuş ordu potensial təcavüzkarın qarşısını almaq iqtidarındadır", - nazirlik vurğulayır.

Bundan əvvəl Polşa Müdafiə Nazirliyi 2025-ci ilin sonunadək hərbi qulluqçuların sayını 230 min nəfərə çatdırmağı planlaşdırdığını açıqlamışdı. Onlardan 150 mini peşəkar hərbçilər, qalanları isə könüllü, ərazi birləşmələri və ehtiyatda olan hərbi qulluqçular olacaq.

1 yanvar 2025-ci il tarixinə Polşa Ordusunda 206 min hərbi qulluqçu, o cümlədən 144 mini peşəkar hərbi qulluqçu olub.

Xəbər xətti