Əlcəzair kriptovalyutaları qadağan etdi

00:02 - 29 İyul 2025 - İQTİSADİYYAT

Əlcəzair hakimiyyəti çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə çərçivəsində kriptovalyutaların istifadəsini, yaradılmasını və mübadiləsini qadağan edən qanun qəbul edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Algerie360 informasiya portalı məlumat yayıb.

Yeni qaydalara əsasən, Əlcəzairdə istənilən növ virtual aktivlərin emissiyası, alınması, satışı və ya sahibliyi qadağandır.
Qanun kriptovalyutaların ödəniş və ya investisiya vasitəsi kimi istifadəsinə icazə vermir və kriptovalyutaların istənilən formada reklamını qadağan edir.

Əlcəzair qanunu həmçinin kriptovalyuta mübadiləsi platformalarının və ya əlaqəli elektron pul kisələrinin fəaliyyətini və yaradılmasını qadağan edir.

Qanunu pozanları iki aydan bir ilə qədər həbs və cərimə gözləyir.

Xəbər xətti