Pekindən 80 min insan təxliyə edilib

07:51 - 29 İyul 2025 - DÜNYA

Bu günə qədər yağan güclü yağışlar səbəbindən Pekindən ümumilikdə 80 min insan təxliyə edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə iyulun 29-da “Ming Pao” qəzeti məlumat yayıb.

Nəşr qeyd edilir ki, bu günə qədər şəhərin hər yerindən ümumilikdə 80 min insan təxliyə edilib, ən çox evakuasiya edilənlər isə Miyun, Huairou və Fangshan şəhərlərindədir.

Miyun rayonundan 16 min, Huairou rayonundan təxminən 10 min və Fanqşan rayonundan 9 mindən çox insanın təxliyə edildiyi bildirilir.

Xəbər xətti