İsrail Qəzzada Müqəddəs Ailə kilsəsinin "təsadüfən atəşə tutulmasından" dərin təəssüf hissi keçirir.
Ucnoqta.az xəbər verir ki, bunu Baş nazir Benyamin Netanyahu bəyan edib.
“İsrail Qəzzada Müqəddəs Ailə kilsəsinin təsadüfən atəşə tutulmasından dərin təəssüflənir. İtirilmiş hər bir günahsız insan faciədir. Biz ailələrin və möminlərin kədərini bölüşürük və təsəlliverici sözlərinə görə Papa XIV Leoya minnətdarıq”, - Netanyahu əlavə edib.
Baş nazir əmin edib ki, "İsrail insidenti araşdırır" və "mülki əhalini və müqəddəs yerləri qorumağa sadiq qalır".