ABŞ İrana daha böyük zərbələr endirmək üçün plan hazırlamışdı

14:38 - 17 İyul 2025 - DÜNYA

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın nüvə obyektlərinə zərbələr endirmək üçün daha geniş plan hazırlayırdı, lakin bu plan ABŞ prezidenti Donald Tramp tərəfindən təsdiqlənmədi.

Ucnoqta.az xəbər verir ki, bu barədə mənbələrə istinadən NBC News məlumat yayıb.

Məlumata görə, plan “Trampın xarici siyasət prinsiplərinə zidd olduğu” və həmçinin hər iki tərəfdən daha çox itki ola biləcəyi üçün rədd edilib.

Qeyd edilir ki, belə genişlənmiş əməliyyat Tehranda daha üç nüvə obyektinə zərbə endirməkdən ibarət idi.
Adı açıqlanmayan ABŞ rəsmisi vurğuladı ki, onun müddəti bir neçə həftəyə qədər artacaqdı.

Xəbər xətti