19 yaşlı velosipedçi yarış zamanı yıxılaraq dünyasını dəyişib

12:28 - 17 İyul 2025 - DÜNYA

On doqquz yaşlı italiyalı velosipedçi Samuele Privitera 23 yaşadək idmançıların çoxgünlük velosiped yarışı olan "Giro della Val d'Aosta" yarışının birinci mərhələsində yıxılaraq dünyasını dəyişib.

Ucnoqta.az xəbər verir ki, bu barədə müsabiqənin mətbuat xidmətindən məlumat verilib.

Privitera yarışın birinci mərhələdə qəza keçirib. İdmançı xəstəxanaya çatdırılsa da dünyasını dəyişib. Qəzanın baş vermə səbəbi araşdırılır.

Təşkilatçılar ikinci mərhələni ləğv ediblər. Üçüncü mərhələ iyulun 18-də keçiriləcək, başlamazdan əvvəl bir dəqiqəlik sükutla elan olunacaq. Tədbirin sonuna qədər bütün rəsmi mərasimlər ləğv ediləcək.
Yarışın təşkilat komitəsi komandalara yarışı üçüncü mərhələdən davam etdirib-etdirməmək barədə özləri qərar vermək hüququ verir.

Xəbər xətti