ABŞ Senatı dövlətin xaricə yardım və ictimai yayımçıları NPR və PBS üçün 9 milyard dollarlıq maliyyə xərclərini ləğv edən qanun layihəsini təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, CNN-in məlumatına görə, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyəti üçün Dövlət Departamentinə ayrılan 7,9 milyard dollar, eləcə də ABŞ İctimai Yayım Korporasiyasına göndərilən 1,1 milyard dollar indi federal büdcəyə qaytarılacaq.
Bu məbləğ, demək olar ki, tamamilə korporasiyanın iki illik büdcəsinə uyğundur, onun vasitəsilə NPR və PBS hökumətdən maliyyə alır.
Bu xərclər artıq ABŞ büdcəsinə daxil edildiyinə görə onları ləğv etmək üçün Ağ Evin Nümayəndələr Palatasının və Senatın dəstəyinə ehtiyacı var idi.
İyunun 4-də ABŞ prezidenti Donald Tramp Konqresə hökumətin xarici yardım və NPR və PBS-yə ayrılan maliyyə xərclərini ləğv etmək tələbi göndərib.
NPR ABŞ-da 797 radiostansiyanı, PBS - 50 ştatda 354 qeyri-kommersiya televiziyasını birləşdirir.