İyulun 16-da səhər Qəzza zolağında yardım paylama məntəqələrindən birində yaranan izdihamda 20-yə yaxın fələstinli həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə anklavda məntəqələrin işini təşkil edən Qəzza Humanitar Fondunun (GHF) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, izdihamda 19 nəfər həlak olub, bir nəfər isə təxribat törədən xaotik və təhlükəli iğtişaşlar zamanı bıçaqlanıb.
GHF nümayəndələri hesab edirlər ki, izdiham Fələstinin radikal HƏMAS hərəkatı ilə əlaqəli təxribatçıların düşünülmüş hərəkətlərinin nəticəsidir. Onların sözlərinə görə, yardım paylama məntəqəsində izdihamın içərisində silahlı insanlar olub.