İsrail ordusu Qəzzada 100 hərbi obyektə zərbə endirib

16:25 - 17 İyul 2025 - DÜNYA

İsrail ordusu Qəzza zolağında müxtəlif hərbi obyektlərə sistemli şəkildə zərbələr endirməkdə davam edir.

Ucnoqta.az xəbər verir ki, Ordunun mətbuat xidmətinin məlumatına görə, son 24 saat ərzində Fələstin anklavında “100-dən çox hədəf”ə hücum edilib.

Hücum edilən hədəflər arasında hərbçilər "hərbi tikililər", "tutma meydançaları", "silah anbarları" və "döyüş tunelləri"ni qeyd edib.

Xəbər xətti