İsrail ordusu Suriya ilə sərhəd bölgəsindəki bölmələrini gücləndirəcək
Ucnoqta.az xəbər verir ki, bu barədə İDF-nin sözçüsü məlumat yayıb.
“Vəziyyətin qiymətləndirilməsinə əsasən, Suriya sərhədində İDF qüvvələrinin artırılması barədə qərar qəbul edilib”, - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, İsrail hərbçiləri vəziyyəti mütəmadi olaraq qiymətləndirir, bundan sonra bu qiymətləndirmələrə uyğun olaraq müxtəlif ərazilərdə əməliyyat tapşırıqlarını yerinə yetirmək üçün lazımi qüvvələrin tərkibi müəyyənləşdirilir.