ABŞ-nin Suriyadakı hərbi bazasında da həyəcan verildi

22:44 - 23 İyun 2025 - DÜNYA

ABŞ-nin Suriyanın şimal-şərqindəki Kəsrakdakı əsas hərbi bazası İran və onun nəzarətində olan silahlı qrupların potensial hücum təhlükəsi səbəbindən yüksək hazırlıq vəziyyətinə gətirilib.

Ucnoqta.az xəbər verir ki. bu barədə Suriya telekanalı məlumat yayıb.
Məlumata görə, bazada xəbərdarlıq elan edilib və ABŞ ordusu mümkün hücumu dəf etmək üçün hava hücumundan müdafiə sistemlərini hazırlayıb.

Təhlükəsizlik xidmətindəki mənbə Suriya televiziyasına bildirib ki, şimal-şərqdəki Həsəkə əyalətində qalan ABŞ qüvvələrinin əsas hissəsi Kasrakda cəmlənib.

Xəbər xətti