Faktiki hava açıqlanıb

18:54 - 23 İyun 2025 - ÖLKƏ İÇİ

İyunun 23-ü saat 18:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində hava şəraiti arabir yağıntılı keçir.

Belə ki, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Naftalan, Tərtər, Şəmkir, Balakən, Zaqatala, Şəkidə arabir leysan xarakterli yağış yağır.

Yağan leysan xarakterli yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçir.

Xəbər xətti