Naxçıvanda sosial şəbəkədə qadın adları ilə saxta profillər yaradaraq vətəndaşları aldadan şəxs polis tərəfindən saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, bu yolla vətəndaşların pul vəsaitlərini talayan 23 yaşlı Elməddin Babayevdir.
Araşdırma zamanı E.Babayevin sosial şəbəkə hesablarında fiziki qüsurlu azyaşlıların fotolarını paylaşaraq onları öz övladı kimi təqdim etdiyi və həqiqətə uyğun olmayan məlumatlar paylaşdığı müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.