Yardımlıda traktor aşıb - sürücü öldü

09:38 - 13 İyun 2025 - ÖLKƏ İÇİ

Yardımlıda traktor aşıb.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Urakəran ərazisində baş verib.

Yaqub Qəliyev idarə etdiyi “Belarus” markalı, 65-T-211 dövlət qeydiyyat nişanlı traktoru qoşqu ilə birlikdə aşırıb, nəticədə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti