Baş və bel ağrısı diqqət! İnsanların çoxu xəbərsizdir...

06:33 - 13 İyun 2025 - DİGƏR

Hipertoniyalı xəstələrin əksəriyyəti xəstəliyindən xəbərsiz bir həyat sürürlər. Qan təzyiqinin 40 yaşından sonra özünü göstərməyə başladığını deyən mütəxəssis əhəmiyyətli xəbərdarlıqlar edib. Bəs qan təzyiqinin kritik əlamətləri hansılardır? Necə diaqnoz qoyulur? 

Ucnoqta.az xəbər verir ki, ürək-damar cərrahı prof. Dr. İlhan Gölbaşı yüksək təzyiqin ölümlə nəticələnən bir xəstəlik olduğunu qeyd edib.
"Yüksək təzyiqi olan xəstələrin yarısı xəstə olduqlarının fərqində deyil. Ona görə də dövri təzyiq ölçülməsi hər yaşda həyati əhəmiyyət kəsb edir" – mütəxəssis deyib.

Təzyiq dərmanı istifadə edən xəstələrin təxminən yüzdə 50-si kifayət qədər doza istifadə etmir.
Qan təzyiqi xəstəliyinə bağlı çox ciddi fəsadların meydana gəldiyini vurğulayan İlhan Gölbaşı, beyin qanaması, iflic, ürək çatışmazlığı, kəskin infarkt, aorta yırtığı kimi ölümlə nəticələnən ciddi fəsadların hamısı yüksək təzyiqin nəticəsidir.

Əgər biz təzyiq xəstəsiyiksə və dərmanlarımızı müntəzəm və kifayət qədər dozada istifadə etmiriksə, hər an bu fəsadlarla qarşılaşmağa hazır olmalıyıq.
Təzyiq xəstəliyi adətən 40 yaşdan sonra özünü göstərir. Ona görə də 40 yaşdan yuxarı hər kəs təzyiqini tez-tez izləməlidir. Tez-tez görülən baş ağrısı və bel ağrısı şikayətləri yüksək təzyiq əlamətləridir. Bu əlamətləri olan insanlar mütləq müayinə olunmalıdır. 

Xəbər xətti