Modi G7 sammitini buraxa bilər

15:03 - 2 İyun 2025 - DÜNYA

Hindistanın baş naziri Narendra Modi, Yeni Dehli və Ottava arasında davam edən gərginlik səbəbindən son altı ildə ilk dəfə Kanadada keçiriləcək Yeddilik Qrupunun (G7) sammitini buraxa bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə “India Today” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bu il G7 sammitinə ev sahibliyi edən Kanada hələ də Hindistanı tədbirdə iştiraka dəvət etməyib. Eyni zamanda, mənbələrə görə, hətta dəvət alınsa belə, Modinin iştirakı çətin ki baş tutsun.

Hindistan və Kanada arasında münasibətlər 2023-cü ilin sentyabrında Kanadanın keçmiş baş naziri Castin Trüdonun Hindistan hökumətini Xalistani hərəkatının tərəfdarı olan Kanada sikx lideri Hardeep Singh Nijjarın öldürülməsində iştirakda ittiham etməsi ilə başlayan diplomatik mübahisədən sonra gərgin olaraq qalır.

Hadisə diplomatların qarşılıqlı qovulmasına səbəb olub və iki ölkə arasında münasibətlərdə böhranı dərinləşdirib.

Xəbər xətti