BP ilə birgə layihələrdəki səmərəliliyin artırılması müzakirə edilib

11:21 - 3 İyun 2025 - İQTİSADİYYAT

Azərbaycan və BP şirkəti arasında ölkədə həyata keçirilən birgə layihələrdə səmərəliliyin artırılması müzakirə edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir bildirib ki, 30-cu Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə birgə BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrellə görüşüblər.

O qeyd edib ki, BP-nin Azərbaycandakı layihələrdə innovativ texnologiyaların və rəqəmsal həllərin tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər xətti