Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2025-ci il üzrə kiçik, orta və böyük qrant müsabiqələrində 409 təşkilat qalib olub. Müraciət edən 506 QHT-nin layihəsi isə maliyyələşdirlməyib.
Ucnoqta.az-ın əldə etdiyi məlumata görə, müsabiqə nəticələrindən narazı qalan 100-dən çox qeyri-hökumət təşkilatı Apelyasiya Komissiyasına müraciət edib. QHT Agentliyi tərəfindən onların müraciətlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib. Komissiya apelyasiya nəticələrini açıqlamasa da, əldə etdiyimiz məlumata görə daha 27 təşkilata maliyyə yardımı ayrılıb.
Həmin təşkilatların adları və layihələrə ayrılan vəsait barədə məlumat əldə etməyə çalışsaq da cəhdimiz alınmadı.